Avropa Birliyi və Ukrayna Assosiasiya Sazişini təsdiqləyəcək

16-09-2014, 11:56
Oxunub: 391


Ukrayna və Avropa Birliyinin parlamentləri sentyabrın 16-da əlaqələrin yaxınlaşdırılmasına dair tarixi sənədi ratifikasiya edəcəklər.

AB-Ukrayna Assosiasiya Sazişi tərəflər arasında dərin siyasi assosiasiya və azad ticarəti bərqərar edir.

Ukrayna prezidenti Petro Poroshenko eyni vaxtda gözlənən ratifikasiyanı ölkəsinin qərbyönlü gələcəyini müəyyənləşdirəcək «tarixi an» adlandırıb.

Keçmiş prezident Viktor Yanukovych-in aylar öncə bu sənədi imzalamaqdan imtinası etirazlara və özünün devrilməsinə gətirdi.

Poroshenko sənədin iqtisadi hissəsini iyunun 27-də imzalayıb.

AB və Ukrayna sentyabrın 12-də razılaşıblar ki, azad ticarət paktının yerinə yetirilməsini 2015-ci ilin sonunadək yubatsınlar. Bununla da Kiyevin Avrasiya Gömrük İttifaqına daxil olmasına çalışan Rusiyaya güzəştə gedilib./azadliq.org
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti