ABŞ-dan İŞİD-ə ilk zərbə endirildi

16-09-2014, 11:31
Oxunub: 632


ABŞ hərbi-hava qüvvələri ötən həftə prezident Barak Obama tərəfindən elan edilmiş yeni strategiya əsasında İraq ərazisində "İslam dövləti” qruplaşmasının (İŞİD) mövqelərinə ilk zərbələr endirib.

Amerikanın Mərkəz komandanlığı tərəfindən yayılan rəsmi məlumata görə, hava zərbələri İŞİD-in Bağdaddan cənubdakı mövqelərinə və İraqın şimalında yezidi kürdlərin yaşadığı Sincar bölgəsinə endirilib.

Komandanlıq bildirir ki, Bağdadın cənubuna endirilmiş hava zərbələri hücum xarakteri daşıyırdı və İraqda İŞİD-ə qarşı bundan əvvəl mülki əhalini qorumaq üçün endirilən zərbələrdən kənara çıxır. Hava zərbələri endirəndən sonra Amerika təyyarələri salamat şəkildə bazalarına geri dönüblər.

NBC kanalı qeyd edir ki, Bağdadın cənubuna endirilmiş hava zərbələri İŞİD-ə qarşı daha intensiv hərbi əməliyyatların başlanmasıdır. ABŞ administrasiyasındakı mənbə bu əməliyyat çərçivəsində istənilən vaxt Suriya ərazisində də İŞİD-in mövqelərinə hava zərbələrinin endirilə biləcəyini deyib. Məndə bildirib ki, əgər Suriya hava hücumundan müdafiə sistemləri ABŞ təyyarələrinə mane olmaq istəsə o zaman qısa zamanda Suriyanın HHM sistemləri sıradan çıxarılacaq. Dövlət Departamentinin rəsmisi Meri Harf bildirib ki, ABŞ İŞİD-ə hava zərbələri endirmək üçün Bəşər Əsədin rejimindən icazə soruşmaq niyyətində deyil. "Əsədin rejimi legitimliyini tamamilə itirib və biz öz hərəkətlərimizi onunla koordinasiya etməyəcəyik” deyə Harf bildirib./virtualaz.org
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti