Türk kanallarını Azərbaycan peyki yayımlayacaq

16-09-2014, 11:08
Oxunub: 569


"Azərkosmos” ASC Türkiyənin "NEBA” şirkəti ilə türk kanallarının "Azerspace-1” peyki üzərindən yayımlanmasına dair müqavilə imzalayıb.

Etatist.com Virtualaz.org-a istinadən bildirir ki, xəbəri bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

İmza mərasimində iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib ki, türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanması sevindirici hadisədir. "NEBA” şirkətinin baş direktoru Mustafa Serez bildirib ki, "Azerspace-1”in Azərbaycanda və regionda gücü mübahisə olunmazdır, izləyici nüfuzetməsi 90 faizə yaxındır: "Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq”.

Türk kanallarının ilk siqnalı bu ay veriləcək.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan "Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti