Ən yaxşı loqo hazırlayana 80 min dollar

15-01-2013, 16:22
Oxunub: 960


İnternet nəhəngi "Google" uşaqlar üçün hər il təşkil etdiyi "Loqo 4 Google" üçün müraciət toplamağa başlayıb.

Yalnız ABŞ sərhədlərində və 12-ci sinifə qədər olan tələbələrin iştirak edəcəyi yarışda şirkət ən yaxşı loqonu axtarır. "Google"ın bu il üçün təyin etdiyi loqo mövzusu isə "My Best Day Ever" yəni "Həyatımdakı ən yaxşı gün" olub.

 

Müsabiqənin qalibinə 30 min dollarlıq təhsil təqaüdü veriləcək. Şagirdin oxuduğu məktəb isə 50 min dollar dəyərində texnoloji infrastrukturla təmin ediləcək. Həmçinin seçilən loqonun "Google"ın əsas səhifəsində bir gün ərzində qalacağını və milyonlarla insanın görəcəyini bildirib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti