Məhkumun rəsm sərgisi keçirilib

15-01-2013, 14:23
Oxunub: 1628


Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum Bəhram Məmmədovun rəsm əsərlərindən ibarət "Düşüncələr” adlı sərgi keçirilib.

 

Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, sərgidə Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov, deputatlar – Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Zəlihə Tahirova və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən H. Əlixanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində olan məhkumların həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin görüldüyünü və gələcəkdə də bu cür tədbirlərin davam etdiriləcəyini deyib. Millət vəkilləri isə çıxışlarında məhkumların şəraitinin yaxşılaşdırılması üçün Milli Məclis tərəfindən bir sıra qanun layihələrinin müzakirə olunaraq qəbul olduğunu bildiriblər.

 

Qeyd edək ki, sərgidə 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum B. Məmmədovun müxtəlif mövzuları əhatə edən 30-dan çox rəsm əsəri nümayiş olunub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti