Hərbi xidmətə çağırış yaşı artacaq?

15-01-2013, 13:20
Oxunub: 3170


Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşı artırıla bilər.

APA-nın öz hərbi mənbələrindən eksklüziv olaraq əldə etdiyi məlumata görə, hazırda bu məsələ Silahlı Qüvvələrdə və digər hökumət strukturlarında müzakirə olunur.

 

Silahlı Qüvvələrdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması təklif olunur, artıq bununla bağlı müəyyən ortaq fikirlər mövcuddur.

 

Bu təklif hərbi xidmətə çağırılan 18 yaşlı gənclərin böyük əksəriyyətinin təcrübəsiz, fiziki və psixoloji cəhətdən hazırlıqsız olmaları ilə əsaslandırılır. Bu sahədə digər ölkələrin təcrübəsi də öyrənilib. Aparılan araşdırmalar zamanı hərbi xidmətdə bəzi neqativ hadisələrin əsasən yeni xidmətə başlayan əsgərlərin iştirakı ilə baş verdiyi müəyyən olunub.

 

Qeyd olunan təkliflərin bu il ərzində parlamentin müzakirəsinə təqdim olunacağı gözlənilir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti