Ermənistan Azərbaycanla sərhəddə divar tikəcək

11-09-2014, 16:06
Oxunub: 180
Divar sərhədin ən təhlükəli hissələrində tikiləcək və kəndlərdə əhalinin yerdəyişməsini təhlükəsiz edəcək


Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən Çinari kəndində qoruyucu divarın tikintisi üçün vəsait ayırıb.

Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın ərazilərin idarə olunması üzrə naziri Armen Qeverkyan bildirib.

Onun sözlərinə görə, divar sərhədin ən təhlükəli hissələrində tikiləcək və kəndlərdə əhalinin yerdəyişməsini təhlükəsiz edəcək.

Bundan başqa həmin kənddə yerləşən məktəb təmir olunacaq.

Qeqarkunik vilayətində bir sıra yerli obyektlər də təmir ediləcək. Bütün bu proqramların reallaşdırılması üçün Ermənistan büdcəsindən 147 milyon dram ( təxminən 360 min dollar) ayıracaq
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti