"Lider TV" "Bank Standartı" məhkəmədə uddu

15-01-2013, 12:09
Oxunub: 1459


Bakı Apelyasiya Məhkəməsində "Lider TV və Radio-Azərbaycan” MMC "Bank Standart” QSC arasında məhkəmə mübahisəsinə baxılıb. Lent.az-ın məlumatına görə, məhkəmənin qərarı MMC-nin xeyrinə olub: əvvəlki məhkəmə qərarını qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu iş üzrə məhkəmə prosesləri uzun müddətdir davam edir. Belə ki, media-holdinq banka qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ilə çıxış edib (iddianın məbləği açıqlanmır). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi müvafiq məhkəmə aktını qüvvədə saxlayıb. Ali Məhkəmə işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti