Obama İŞİD-ə “11 sentyabr sürprizi” hazırlayır

10-09-2014, 15:42
Oxunub: 451
rezident harada olmasından asılı olmayaraq “İslam Dövləti”nə qarşı əməliyyatları strateji hədəf elan edib


ABŞ prezidenti Barak Obama yaxın vaxtlarda İŞİD-in Suriyadakı canlı qüvvə və texnikasını məhv etmək üçün hava zərbələrinin endirilməsinə əmr verəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda "The Washington Post” qəzeti yazır. Qəzet Obama ilə məsələni müzakirə edən bir neçə yüksək rütbəli mənbəyə istinad edir.

Məqalədə bildirilir ki, sentyabrın 8-də Ağ Evdə məsələ müzakirə edilib, müzakirələrə bir sıra nüfuzlu keçmiş rəsmilər - Zbiqnev Bzejinski, Tomas Danilon, Stiven Hedli, Stroub Telbott və s. dəvət olunublar.

Obama görüşdə bildirib ki, ABŞ Silahlı Qüvvələrinə Suriya və İraq ərazisində "İslam Dövləti”nin mövqelərinə hücum əmri verməyə tam haqqı çatır. Prezident harada olmasından asılı olmayaraq "İslam Dövləti”nə qarşı əməliyyatları strateji hədəf elan edib.

Lakin Amerika mətbuat yazır ki, Obama dilemma qarşısındadır. O, Suriyada "İslam Dövləti”inə zərbə endirərkən Bəşər Əsədin mövqelərini gücləndirməkdən qaçmalıdır. Həmçinin Türkiyə və Səudiyyə Ərəbistanı "İslam Dövləti”inə qarşı hərbi əməliyyatlara müsbət baxmır.

Gözlənilir ki, Obama Suriyada hərbi əməliyyatlara başlamaq qərarını bu gün - 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində xalqa müraciəti zamanı bəyan edəcək. ABŞ prezidenti bildirəcək ki, İŞİD ölkənin milli təhlükəsizliyini birbaşa təhdid edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti