NATO və Rusiya gəmiləri üz-üzə gəldilər

10-09-2014, 13:27
Oxunub: 811


Rusiyanın Qara dəniz Donanması Krım yaxınlığında 15 gəmi və 10 hərbi təyyarənin iştirak etdiyi hərbi təlimlərə başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, təlimlərin keçirilməsinin məqsədi dəniz hədəflərinin vurulmasıdır.
 
Qeyd edək ki, Rusiyanın bu təlimi NATO-nun Qara dənizdə "Dəniz küləyi” adlı hərbi təlimləri ilə eyni vaxta təsadüf edir.
 
Bundan başqa Rusiya digər dənizlərdə də hərbi təlimlərə start verib. Şimal donanmasının 10-dan çox hərbi gəmi və sualtı qayığı Barens dənizində də taktiki təlimlərə başlayıb. 

Sentyabrın 8-də isə Baltik dənizinə desant çıxarılması məşqləri keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti