"Fransanı ürəyindən vurarıq"

15-01-2013, 11:02
Oxunub: 2163


Fransa dövlət başçısı Fransua Hollandın, köhnə Fransız müstəmləkəsi Malidə militanların paytaxt Bamakoya irəliləyişini dayandırmaq üçün başlatdığı hava hücumlarına Qərb ölkələri dəstək verərkən, islamçı qruplar, əməliyyatlara cavab olaraq Afrika və Avropada hücumlar təşkil edəcəklərini bildirdi.

Etatist.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Malidə döyüşən Qərbi Afrika üçün Birlik və Cihad Hərəkatının lideri Abdu Dardar, "Fransanın son hərəkəti ilə İslama hücum etdiyini, bu səbəblə Fransanı ürəyindən vuracaqlarını" söylədi. Dardar, tək bir hədəf seçmədiklərini, Bamakoda, Afrikada və Avropada müxtəlif hədəflərə hücum edəcəklərini deyib. Dardar, Əl Qaidənin Mağrip qoluyla da əlaqələri olduğunu vurğuladı.

Bu vaxt, Fransa müdafiə naziri Jean-Yves Le Drian, Malidə hava əməliyyatlarının artmasına baxmayaraq, əhəmiyyətli qarnizon şəhəri Diabalinin üsyançıların əlinə keçdiyini açıqladı. Son xəbərlərə görə Qərbə doğru irəliləyən üsyançıların Bamakoydan 400 kilometr uzaqlıqda olduğunu bildirdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti