Düşmən atəşkəsi yenidən pozdu

15-01-2013, 10:53
Oxunub: 781


Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 14-də və yanvarın 15-nə keçən gecə Ermənistanın Berd rayonunun Çinarlı kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili və Şuraabad, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli, Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

 

APA 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti