Bərdədə yeni bir intihar

15-01-2013, 10:50
Oxunub: 4077


Azərbaycanın Bərdə rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Lənbəran kənd sakini, 1963-cü il təvəllüdlü Elşən Zahid oğlu Bəylərov yaşadığı evin həyətində yerləşən ayaqyolunda zəhərli maddə içərək özünü öldürüb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti