Ərəb ölkələri “İŞİD”-ə qarşı birləşdi

8-09-2014, 10:53
Oxunub: 618


"Ərəb ölkələri Liqası” təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərinin Misirin paytaxtı Qahirədə təşkil olunan toplantısında İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı birgə mübarizə aparmaq barədə qərar verilib.

Bu barədə azvision.az "Reuters”ə istinadən xəbər verir.

Təşkilat tərəfindən qəbul olunan qətnamədə "İraq və Suriyada fəaliyyət göstərən terror təşkilatı yaraqlılarına maliyyə də daxil olmaqla istənilən dəstəyin qarşısının alınması barədə çağırış öz əksini tapıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti