4 min insan hava limanında gecələdi

15-01-2013, 09:18
Oxunub: 1181


Yaponiyada 4 min yaxın insan gecəni Tokionun Narit hava limanındakı gözləmə zalında keçirib.
Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, buna səbəb güclü qar yağması ucbatından təyyarələrin enə bilməməsidir. Belə hava şəraitinə üzündən daxili uçuşlar təxirə salınıb. 

  

Yanvarın 15-də əlverişli hava şəraiti olsa da paytaxtın nəqliyyat xətlərində xaos davam edib.
Tokionun əsasən daxili uçuşlara xidmət edən ən iri hava limanı Xaned hava limanında 30-dan artıq uçuş təxirə salınıb.

Şəhərin sürətli avtomobil yolları bağlanıb, yollar qardan təmizlənir.


Xatırladaq ki, belə hava şəraitinə görə yanvarın 14-də 800 min insanın işə gecikdiyi barədə də xəbərlər yayılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti