Malidən Fransaya təhdid

14-01-2013, 21:15
Oxunub: 970


Fransa Malinin şimalında islamçı üsyançılara qarşı hərbi əməliyyatlara başladıqdan sonra Malidə fəaliyyət göstərən terrorçu qruplaşması buna cavab olaraq Fransada terror aktları törədəcəyini bəyan edib. "Qərbi Afrikada birlik və cihad naminə hərəkat” adlı qruplaşmanın nümayəndəsi "Frans Press” agentliyinin redaksiyasına zəng vuraraq bu barədə xəbərdarlıq edib: "Fransa islama hücum etdi, biz də Fransanın ürəyinə zərbə vuracağıq”.

Qeyd edək ki, Malidə vəziyyət son günlər gərginləşib. Ölkənin şimalını ələ keçirən ekstremist qruplaşmalar hökumət qüvvələrinin mərkəzi regionlardakı mövqelərinə hücum etməyə başlayıb. Mali prezidenti Dionkunda Traorenin Fransaya müraciətindən sonra fransız hərbi qüvvələri bu ölkənin şimalında hərbi əməliyyatlara başlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti