"Cərimələri Səfər Əbiyev ödəməlidir"

14-01-2013, 18:31
Oxunub: 1242


Əsgər Ceyhun Qubatovun döyülərək öldürülməsindən sonra, buna etiraz üçün aksiya keçirən gənclərin saxlanılaraq cərimə olunması ictimaiyətdə böyük narazılıqla qarşılandı.

 

Etatist.com-un məlumatına görə gənclərin cəriməni 5 qəpiklə ödəmək istəməsindən sonra, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz "facebook" profilində cərimə olunanlarla əlaqədar bir bank hesabının açılmasının istədiyini bildirib və əslində bütün cərimələrin müdafiə naziri Səfər Əbiyev tərəfindən ödənməsi lazım olduğunu bildirdi: "Cərimə olunanlarla əlaqədar bir qrup yaransa yaxşı olardı. Bir də bank hesabı. Çünki mən də onlara kömək etmək istəyirəm. Gücüm çatandan. Bir də düşünürəm ki, əslində bütün cərimələri Səfər Əbiyev ödəməlidir."

 

Qeyd edək ki, ümumi məbləği 8000 manat olan borcu ödəmək üçün gənclər "facebook"da tədbir təşkil edib və bu cəriməni 5 qəpiklə ödəmək niyyətində olduqlarını bildiriblər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti