Məhkəmə cərimələri 5 qəpiklə ödənəcək

14-01-2013, 17:21
Oxunub: 2617


Yanvar ayının 12-də Bakıda "Əsgər Ölümlərinə Son" adlı etiraz aksiyasında polis tərəfindən saxlanılan gənclər bu gün məhkəmə qarşısına çıxarılıb. Yanvarın 1-dən qüvvəyə minən yeni qanuna uyğun olaraq gənclər yüksək məbləğdə cərimələnib.


Belə ki, Azərbaycan Avropa Hərəkatının prezideni Ramin Hacılı 450 manat, "Azad Gənclik” təşkilatının rəhbəri Ülvi Həsənli 600 manat, AXCP sədrinin müşaviri Məmməd İbrahim 500 manat, AXCP funksioneri Təzəxan Mirələmli 500 manat, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 500 manat, AXCP fəalı Arif Balayev 450 manat, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı 600 manat, NİDA Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənov 600 manat, NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər 500 manat, Türkel Azərtürk 600 manat, Rauf Məmmədov 300 manat, Həmid İsayev 500 manat, Azər Kazımzadə 400 manat, Sübhi Həsənov 400 manat, Abil Hüseynov 400 manat, Eltac Əlisoy 300 manat, Rail Abbasov 300 manat cərimə olunub.

 

Etatist.com-un xəbərinə görə, gənclər bunun qarşılığında "Facebook" sosial şəbəkəsində "Əsgər ölümlərinə son" aksiyasında cərimə olunan gənclərə dəstək!" adlı yeni tədbir təşkil ediblər. Tədbirin açıqlamasında gənclər, ümumi məbləği 8000 manat olan cəriməni 5 qəpiklə yığıb vermək fikrində olduğunu yazıb: "Hamıdan 5 qəpik yığıb məhkəməyə aparıb vermək, bunları çəkmək və yaymaq. Əslində bu prosessə daha çox adamın cəlb olunmasını təmin edə bilər. Cərimə olunanlar bir qəpik də verməyəcək. Amma işgəncələrlə öldürülmüş əsgərlərin anaları, ataları, hüquqları hər gün tapdanan vətəndaşlar, hər gün bu məmurların vicdansızlıqından və peşakarsızlıqından əziyyət çəkən vətəndaşlar bu pulu yığıb verə bilər.

Mən 5 qəpik verməyə hazıram. Bu məhkəmənin qiyməti budur - 5 qəpik! 

Qeyd : Cərimə dövlətə 5 qəpikliklərlə ödəniləcək".

 

Qeyd edək ki, bu fikir "Facebook"da olan aktiv gənclər tərəfindən çox müsbət qarşılanıb.

Onu da qeyd edək ki, bu tədbirin təşkilatıçıları Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə, İlkin Rüstəmov və Azad Gənclik təşkilatının üzvü Kamran Sudur.

Şərhlər : 3 Şərh yaz
rasim 14 yanvar 2013 18:46  
BU COX GOZAL DUSUNULMUS BIR FIKIRDIR...BRAVO.160 000*0,05=8000 BAHKDA shOT ACMAQ LAZIMDIR...

RAFIQ 15 yanvar 2013 19:52  
Isteyirsiz 5 qepik yigin isteyirsiz 1 qepiklikler verin bu fikir uje olunub yeni bir shey axtarin
Denver 2 fevral 2013 06:52  
That hits the tagret dead center! Great answer!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti