Mikayıl Cabbarovdan yeni əmr

28-08-2014, 13:52
Oxunub: 864


Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.

Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında "2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti