Nazarbayev: "Avrasiya İttifaqından çıxa bilərik"

26-08-2014, 10:22
Oxunub: 633
"Müstəqillik Qazaxıstan üçün əsas dəyərdir"


"Qəbul edilən qərarlarla razılaşmayacağı təqdirdə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqında çıxmaq hüquq var".

Modern.az saytı newskaz.ru saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxmaq perspektivini şərh edərkən deyib.

O bildirib ki, siyasi olmayan iqtisadi ittifaqın yaradılması düzgündür. Nursultan Nazarbayev söyləyib ki, Qazaxıstan, Rusiya, Belarus qərarların həllində eyni mövqeni sərgiləməlidirlər. Qazaxıstan liderinin sözlərinə görə ittifaq dövlətləri bərabər hüquqlar əsasında konsensus halında qərarlar qəbul etməlidir.

"Ancaq biz hər hansı qərarla bağlı razılaşmasaq, o zaman ittifaqdan çıxmaq hüququmuz var. Müstəqillik Qazaxıstan üçün əsas dəyərdir. Bununla yanaşı Qazaxıstan dövlət başçısı ölkəsinin Gömrük İttifaqından iqtisadi dividentlər əldə etdiyindən rəsmi Astananın Avrasiya Birliyində də təmsil olunması ölkəyə yalnız xeyir gətirə bilər".   

Lakin Nursultan Nazarbayev Ukraynadakı vəziyyətin gərginləşməsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyaların Avrasiya Birliyinə də təsirsiz ötüşməyəcəyi qənaətindədir. "Amma Qazaxıstan Rusiyanın cavab tədbirləri sayəsində xeyir əldə edəcək”,-deyə Nazarbayev qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti