İki rayonumuzun işğalından 21 il ötür

23-08-2014, 11:05
Oxunub: 592
Füzuli və Cəbrayılın işğalından 21 il ötür


Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür.

Etatist.com
xatırladır ki, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub. İşğal nəticəsində 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Sonradan rayonun 13 qəsəbə və 20 kəndi işğaldan azad edilib. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və 51 min məcburi köçkün müvəqqəti olaraq burada yerləşdirilib.

İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər əlil olub.

Cəbrayılın işğalı nəticəsində isə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti