Özündən 30 yaş böyüyü bıçaqladı

14-01-2013, 11:00
Oxunub: 1473


Yanvarın 13-də Lənkəran şəhərində qəsdən adam öldürməyə cəhd edilib.

 

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini 1990-cı il təvəllüdlü Xasıyev Adil Vüqar oğlu münaqişə zəminində həmyerlisi 1960-cı ildə anadan olmuş Kazımov Hicran Hüseyn oğlunu bıçaqlayıb. 23 yaşlı oğlan özündən 30 yaş böyük kişinin bədəninin müxtəlif nahiyələrinə 7 bıçaq zərbəsi endirib. H.Kazımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onu öldürməyə cəhd göstərən gənc isə yaxalanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Hadisənin səbəbləri araşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti