“İsa Qəmbərə hücum edənlər tapılmasa.. “

13-01-2013, 22:55
Oxunub: 2927
"Milli Məclisinin sədri olmuş bir şəxsə yönələn bu qədər, aqresiv hərəkətlər Azərbaycan Dövlətçiliyinin başını uca etməməkdədir"


Milli Fikir Mərkəzi İsa Qəmbərə hücum edilməsini pisləyən, bəyanat verdi

 

Biz, Milli Fikir Mərkəzi olaraq yanvar ayının 13-də Müsavat Partiyasının Lənkaran rayon şöbəsinin 20 illik il dönümü ilə bağlı, Lənkəran rayonuna səfər edən Müsavat başqanı İsa Qəmbərin şəxsinə və Müsavat Partiyasına, cinayət tərkibi daşıyan hörmətsizlik hərəkətlərini pisləyir və günahkar şəxslərin dərhal tapılaraq cəzalandırılmasını tələb edirik.

  

Sivil, demokratik bir ölkə adına ciddi ləkə gətirə biləcək addım olan bu hərəkət, hansı nəticələrə gətirə biləcəyini, ölkədə nə kimi gərginliklər yaradacağını, ən yaxşı şəkildə təhlil etmək imkanları əlbətdə dövlətin özünün aidiyyatı qurumlarındadır. Ancaq bir partiya rəhbərini, Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən biri olmuş, Azərbaycanın müstəqilliyinə səs verən, Azərbaycan Respublikasının Milli Məclisinin sədri olmuş bir şəxsə yönələn bu qədər, aqresiv hərəkətlər Azərbaycan Dövlətçiliyinin başını uca etməməkdədir. Həmçinin, dövlətdə vəzifə daşıyan, bir şəxsə qarşı belə hərəkətlər edilməsi olduqca təhlükəli nəticələrə yol aça bilər.

  

Həmin hücumun Lənkəran rayonu ərazisində baş verməsinin, rayon rəhbərliyi, aidiyyatı qurumları tərəfindən törədilməsini iddia etmirik. Ancaq, hesab edirik ki, rayonun rəhbərliyi, hüquq mühafizə orqanları Lənkəran rayonu ərazisində qanunların, əhalinin təhlükəsizliyinə yetərincə nəzarət edə bilmədiyindən Dövlətin adına, qanunlarının icrasına bu qədər hörmətsizliklə dolu, Azərbaycan dövlətçilik ənənələrinin tapdanmasına yol veriləcək hadisə törədilir.

 

İsa Qəmbərə və Müsavat Partiyasına qarşı törədilən bu terror təkrarən bunu sübüt edir ki:

1) Lənkəran rayonunda qanunları vecinə almayan bir qrup mövcuddur

2) Həmin qrupun zərərsizləşdirilməsi ilə yerli icra hakimiyyəti müstəvisində, həmçinin hüquq mühafizə orqanları məşğul olmaqda acizdirlər
3) Lənkəran rayonu icra hakimiyyətinin başçısının köməkçisinin "bu hadisəni şəhid ailələri törədib” deyə bildirməyi bunu sübut edir ki, rayon rəhbərliyi özlərinin idarə etmədə verdiyi nöqsanları ört basdır etməyə çalışırlar

  

Hansı nəticələrə gətirə bilər:
1) Həmin şəxslərin tapılaraq cəzalandırılmaması, cəmiyyət tərəfindən dövlətin strukturları tərəfindən təşkil edilən bir əməliyyat planı kimi şərh edilməsi, vətəndaşların hüquqi dövlət inamına ciddi zərbə vuracaq.
2) Bu hadisədən sonra cəzalandırılmayan həmin qrup, dövlətin özünə qarşı terrora keçmək hərəkətlərinə başlaya bilərlər.
3) Həmin qrupun təşkilatçısı, iştirakçıları dərhal tapılıb cəzalandırılmadığı halda, onların "toxunulmazlıq” hiss bölgəsəl cinayətlərə yol aça bilər.

  

Milli Fikir Mərkəzi olaraq biz siyasi təşkilat olmasaqda, hər bir siyasi xəttə, dözümlülük, hər bir vətəndaşın Konstotusion hüquqlarının qorunmalı olduğu prinsiplərindən bəyənat verməyi borc bilirik. Dövlətin nüfuzunu aşağılayan bu adamların törətdiyi hərəkətlərdən narahatlıq hissi keçirir, həmin adamların tapılaraq ictimaiyyətə məlumat verilməsi ilə cəzalandırılmağını tələb edirik.
Şərhlər : 5 Şərh yaz
Akif 13 yanvar 2013 23:31  
Milli Fikir Merkezi teze yaradılıb.Yaradansa Terterin kecmis icra bascisi Serdar Hemidovun oğludu. Bosuna demeyibler ki, ot kokü üstündə bitər! Eşq olsun. Müsavatçılar bunu unutmayacaqlar
ganun 13 yanvar 2013 23:53  
isa bey azerbaycan devletinin milli meclisin sedri ,kecici olarag azerbaycan devletinin prezidentlik vezifesini icra etmish hem taninmish ziyalimiz hemde azerbaycan devletinin muxalifet lideridir ,eyni zamanda azerbaycan devletinin vetendashidir ,eyni zamanda isa beyi mushaet eden butun siyasetcilerimiz bizim devletin vetendashidir bu devletin prezidenti oz vetendashlarina garshi cnayet ishleyirse xalgimizi garabagi bu caniler gurtarmiyacag ,butun vetendashlar birleshib bu cinayetkerlerin ishlerine son vermeliyik.
Vusal 14 yanvar 2013 02:11  
Musavat Basqani her zaman Azerbaycan Xalqindan guc ilham almis liderdi elave olaraqda ses. Hakimiyyet iyrenc yollara el ataraq insanlari bu yoldan dondere bilmez. her zaman Irticaya qarsi
Akifə cavab 14 yanvar 2013 03:19  
Sendə basabasda Sərdar Həmidovun oglunu tərifləyirsən.heç yeridirş
Sərdar Hüseyin. 14 yanvar 2013 08:50  
Bu özbaşınalığı ilə hakimiyyət bütün Azərbaycan xalqını BİR DAHA TƏHQİR ETMİŞ OLDU.Ata-babalarımız qonağına qarşı olan təhqiri özünə qarşı ən böyük hörmətsizlik hesab edib.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti