“The Washington Post” 12 yanvar aksiyasından yazdı

13-01-2013, 18:52
Oxunub: 2171
"Hakimiyyət ictimai fikrin başqa tərəflərə yönlənməsindən olduqca narahatlıq hissi keçirir”


Yanvar ayının 12-də keçirilən "əsgər ölümünə son!” aksiyası beynəlxalq medianın gündəmində də dəyərləndirilib. 

  

Etatist.com-un məlumatına görə Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu qəzetlərindən biri olan "The Washington Post” dünənki olaylarla bağlı xəbəri yayımlayarkən qeyri adi şərhdə veribdir.

  

Belə ki, sözü gedən məsələ ilə bağlı xəbərdə bildirilir ki, "bazar günü yüzlərlə insanlar Azərbaycan paytaxtının mərkəzində, bir müddət öncə ölən əsgərin vəfatına etiraz olaraq toplanmağa başlayıblar. Sosial şəbəkə vasitəsi ilə təşkil edilən aksiyanın iştirakçılarının bir çoxu, 18 yaşlı Ceyhun Qubadovun rəsmlərini qaldırıblar. "
Məqalədə həmçinin qeyd olunur ki, rəsmilər onun "ürək çatışmazlığı”ndan vəfat etdiyini bildirsələrdə, Ceyhun Qubadovun anası bildirir ki, onun oğlu fiziki zorakılığın qurbanı olubdur.”

  

Polislərə aksiya iştirakçıları dağıtmaq göstərişinin verildiyi qeyd olunan xəbərdə, həmçinin bildirilib ki, rəsmi şəxslər bir neçə nəfərin saxlandığını bildirsələrdə, dəqiq məlumat verməyiblər.

  

Məqalədə diqqət çəkən ən önəmli məsələlərdən biridə budur ki, hökümətin belə aksiyalarda maraqlı olmadığını vurğulanmasından sonra bildirilir ki,”Hakimiyyət, bu ilin oktyabr ayında keçirilməli olan prezindent seçkilərindən dolayı, ictimai fikrin başqa tərəflərə yönlənməsindən olduqca narahatlıq hissi keçirir. Ehtimal edilir ki, prezident İlham Əliyev asanlıqla Xəzər dənizi xalqının üzərində olan dəmir tutumunu qoruyub saxlayacaqdır.”

 

Qeyd edək ki, İranın "Press TV", Kanadanın "Edmonton Journal", ABŞ-ın "Huffington Post", "Blomberg" kimi kütləvi informasiya vasitələri və "Miami Heruld", "Arkanzas Online", "Foxnews", "İdaho Statesman", "Ancorage Daily News" kimi xəbər portalları da aksiya barədə məlumat veriblər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti