Britaniyada qanlı etirazlar

12-01-2013, 22:28
Oxunub: 900


Şimali İrlandiyanın paytaxtı Belfastda loyalçılarla milliyyətçilər arasında toqquşma baş verib.
Etatist.com-un Lent.az-a istinadən verdiyi m'lumata görə, onlar biri-birinə daş və yandırıcı maddələr atıblar.
Loyalçılar Britaniya bayrağının Belfast bələdiyyə üzərinə təyin olunmuş günlərdə asılması ilə bağlı şəhər şurasının qərarına etiraz edir. Toqquşma etirazçıların şəhər şurasının binası qarşısında keçirdiyi aksiyadan sonra baş verib.

Loyalçıların etiraz çıxışı 6 həftədir davam edir. Bu müddətdə keçirilən aksiya zamanı yüzədək etirazçı tutulub, onlarla polis yaralanıb.
Yaranmış vəziyyəti müzakirə etmək üçün Şimali İrlandiya, İrlandiya və İngiltərə siyasiləri gələn həftə toplantı keçirməyi planlaşdırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti