Millət vəkilinin partiyası həbslərlə bağlı bəyanat yaydı

8-08-2014, 19:38
Oxunub: 1002
"Ümid" hüquq müdafiəçilərinin həbsi ilə bağlı bəyanat yaydı


Avqustun 8-də səhər saatlarında Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev polislər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Sonra onun evində və ofisində axtarış aparılıb. O vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur.

Eyni gündə digər tanınmış hüquq müdafiəçisi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun saxlanılması ilə bağlı xəbərlər yayılıb və təşkilatın ofisində prokurorluq işçiləri axtarış aparmağa başlayıblar. Habelə avqustun 2-də İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə ona 3 ay həbs-qətimkan tədbiri seçilib.

Etatist.com xəbər verir ki, Ümid partiyası hüquq müdafiəçilərinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda baş verən həbsləri ictimai-siyasi aktivlərə qarşı repressiyaların davamı olduğunu və Azərbaycanın beynəlxalq aləmdə yüksək olmayan nüfuzuna ciddi zərbə vurduğu bildirilir. Partiya, hakimiyyəti həmin şəxslərin uzun illər insan haqlarının müdafiəsi ilə aktiv şəkildə məşğul olduqlarını, beynəlxalq insan haqları təşkilatları tərəfindən yüksək səviyyədə tanındıqlarını nəzərə almağa, haqlarında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsinə, dərhal azadlığa buraxılmasına, istintaqın ədalətli və şəffaf aparılmasına, vətəndaş cəmiyyətinə qarşı basqıları dayandırmağa çağırır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti