Ramin Hacılı polis tərəfindən saxlanılıb - YENİLƏNİB

12-01-2013, 22:50
Oxunub: 3188


Etatist.com-un məlumatına görə Azərbaycan Avropa Hərakatının prezidenti Ramin Hacılı, bu gün təşkil edilən "Əsgər ölümlərinə son" aksiyasında polis tərəfindən saxlanılıb. Azərbaycan Avropa Hərakatının mətbuat xidmətinin rəhbəri Pərviz Əzimovdan aldığımız xəbərə görə, hazırda Ramin Hacılı Səbail Rayon Polis İdarəsində saxlanılır. 

 

Aldığımız məlumata görə 25 nəfər saxlanılıb. Saxlanılanlardan bizinin ayağının sındığı bildirilib.


Əlavə məlumatları təqdim edəcəyik.

                                                                  ***

Əldə etdiyimiz yeni məlumatlara görə bir neçə saat əvvəl Ramin Hacılı azadlığa buraxıldı. Qeyd edək ki, bu barədə Ramin Hacılının dostlarının verdiyi məlumatlardan əlavə, o özü "Faceebook" səhfəsində paylaşdığı statusda da bunu bildirir, "Azadliqdayam! Narahat olmayin. Dəstək olan hərkəsə təşəkkür edirəm!". 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti