İlham Əliyevdən Ağdamla bağlı sərəncam

7-08-2014, 19:17
Oxunub: 2148
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb


Prezident İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 91 min nəfərə qədər əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 6600-dən çox ailə üçün 17 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi, 11 klub icma mərkəzi inşa edilmiş, uzunluğu 260 kilometr olan elektrik, 117 kilometr olan içməli su xətləri, yeni yollar çəkilmiş, yaşayış məntəqələri qazlaşdırılmışdır. Rayon mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsində, Mərkəzi rayon və uşaq xəstəxanaları, doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər tikilib.

Sərəncama əsasən, Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Şərhlər : 3 Şərh yaz
suat gümrükçü 7 avqust 2014 21:20  
Sayın site yönetiminden bir ricam olacak. Belki Rusçadan geçme sözcüklerden, belki sözcüklerdeki kavram kaymalarından anlayamamışımdır diye sormak isterim: Cepheye gidişi ardından Devlet Başkanınız bir açıklamada bulundu. Ordunun işgal altındaki toprakları kurtarabilecek güçte olduğunu söyledi. Doğru mu anladım; yoksa başka bir şeyi mi kastetti. Yardımcı olursanız çok sevinirim. Saygılarımla...
suat gümrükçü 7 avqust 2014 22:08  
Ziyaret bitti. Peki şimdi işgal altındaki topraklar kurtarılacak mı? Biri bana söyleyebilir mi acaba?
beyazit 10 avqust 2014 00:44  
insallah suat qardasim topraklar kurtulur insallah.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti