Aksiya belə keçdi

12-01-2013, 16:18
Oxunub: 3930


Yanvar ayının 12-i saat 16:00-a təyin olunmuş aksiya başa çatıb.

 

Etatist.com-un əməkdaşlarının verdiyi məlumata görə ilk başda polis tərəfindən aksiyaya müdaxilə olunmasa da sonradan aksiya dağıdılıb və bəzi fəallar saxlanılıb. Saxlanılanlar arasında jurnalistlərin olduğu da deyilir.

Siyahı:

Ramin Hacılı

Əbülfəz Qurbanlı

Nihad Huseyn

Tural Abbaslı

Tural Hacıbəyli

Ülvi Həsənli

Ayxan Musayev

Rəşad Həsənov

Anar Gəraylı

Turqut Qəmbər

 

Saxlanılanların dəqiq siyahısı məlum deyil.

***

Bu gün saat 16:00-a təyin olunmuş aksiya artıq başlayıb. Şəhərin mərkəzində, "Fəvvarələr bağı"nda minlərlə insan "Əsgər ölümlərin yox" şüarlı aksiyada iştirak edir.

***

Aksiyaya şəhid ailələrinin üzvləri və yüzlərlə müstəqil gənc qoşulub.

***

Polis səsgücləndiricilərlə aksiya iştirakçılarını dağılışmağa çağırır. Polis aksiyaya müdaxilə etmir.

Kütlə "Əsgər ölümlərinə yox" şüarıyla yürüşə başlayıb.

***

Musavat.com xəbər verir ki, öldürülmüş əsgər Ceyhun Qubatovun yaxınlarından heç kəs aksiyada iştirak etmir. Sahə müvəkkili onun evində oturaraq heç kəsin bayıra çıxmasına imkan verməyib.

***

Əməkdaşımız Günay Turanın verdiyi məlumata görə, polislər aksiya iştirakçılarını dağılmağa çağırıb. Aksiya iştirakçıları bir birini polislərlə qarşıdurmaya getməməyə çağırıb. Polislər iştirakçıları bir birindən ayıraraq aksiyanı dağıtmağa çalışır.

***

Polislərdən biri aksiya iştirakçısından bayrağı aldı və iştirakçıları digər küçələrə səpələnməyə vadar etdi.

***

Polislər kütləni iki hissəyə bölərək onları dağıtmağa çalışır.

***

Əməkdaşımız Günay Turanın verdiyi məlumata görə, artıq insanlar Fəvvarələr meydanına buraxılmır. Polislər aksiyanı dağıdıb. Toplu insan görən kimi onlar da dərhal olduqları yerdən uzaqlaşdırılır.

***

Etatist.com-un əməkdaşı Sadiq Qasımovun verdiyi məlumata görə polislər şəhid ailələrini zor gücünə Fəvvarələr meydanından uzaqlaşdırmağa və vəfat edən əsgərin şəklini cırmağa çalışırdı.

***

Əməkdaşlarımız Cavid Əliyevin məlumatına görə aksiya sona çatsa da Fəvvarələr meydanında aksiya iştirakçılarından qalmaqdadır.

***

Bəzi aksiya fəallarının polis maşınına mindirildiyi bildirilir.

***

Ramin Hacılı, Ebulfez Qurbanlı, Nihad Huseyn, Tural Abbaslı, Tural Hacıbəyli, Ülvi Həsənli, Ayxan Musayev, Rəşad Həsənov, Anar Gəraylı, Turqut Qəmbər, polis tərəfindən saxlanılıb. Onların Səbail rayon polis idarəsinə aparıldığı deyilir.

Aksiya belə keçdi Aksiya belə keçdi Aksiya belə keçdi Aksiya belə keçdi
Aksiya belə keçdi

Aksiya belə keçdi Aksiya belə keçdiAksiya belə keçdi

Aksiya belə keçdi

Aksiya belə keçdi

Aksiya belə keçdi
Aksiya belə keçdi
Aksiya belə keçdi
Aksiya belə keçdi

Aksiya belə keçdi

Şərhlər : 1 Şərh yaz
boss 12 yanvar 2013 16:33  
bunlar qatildir.hamının balasını qardaşını bilə-bilə qətlə yetirirlər.Əbiyev və hamısı istefa verməlidir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti