DİN Nizami küçəsinə qüvvə yeridib- FOTO

12-01-2013, 15:49
Oxunub: 3257


Etatist.com-un məlumatına görə 12 yanvar aksiyasi saat 16:oo-a təyin edilsə də artıq Çevik Polis Alayı Nizami küçəsinə qüvvə yeritməyə başlayıb.

 

12 yanvar saat 16:00-a təyin olunan "Əsgər ölümlərinə son" aksiyasının keçirilməsinə Daxili İşlər Nazirliyindən icazə verilməyəcəyi deyilsə də bu aksiya təşkilatçılarını və aksiyada iştirak edəcək gəncləri fikrindən döndərməyib. 

 

Artıq Çevik Polis Alayı Nizami küçəsinə qüvvə yertiməyə başlayıb. Malakan bağında və Fəvvarələr meydanında idmançı görünüşlü polislər gəzməkdədir. 

 

Mətbuatda yayılan digər xəbərə görə isə aksiya fəallarının evlərinin və iş yerlərinin qarşısında polislər var. Bununla da aksiyanın qarşısı alınmaq istəyir.

 

Qeyd edək ki, gənclər aksiyaya hazır olduqlarını və saat 16:00-da aksiyaya başlayacaqlarını bildiriblər.

DİN Nizami küçəsinə qüvvə yeridib- FOTO

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti