Aksiyayla bağlı yeni xəbər

12-01-2013, 14:54
Oxunub: 1548


Bu gün saat 16:00-da Bakının mərkəzində "Əsgər ölümlərinə yox" şüarı altında keçiriləcək etiraz aksiyası ilə bağlı yeni xəbərlər var.

 

Musavat.com əməkdaşına verilən məlumata görə, aksiya ilə bağlı sosial şəbəkələrdə və elektron mediada ictimaiyyətə çağırış edən fəalların hər biri nəzarətə götürülüb. Onların evlərinin ətrafında müşahidə qrupları yerləşdirilib və məqsəd onları evdən, çalışdıqları yerlərdən çıxaraq meydana getmələrini dərhal əngəlləmək, həbs etməkdir.

Qeyd edək ki, əsgər Ceyhun Qubadovun vəhşicəsinə öldürülməsi və cinayətin ört-basdır edilməsinə göstərilən cəhdlərin ifşa olunması ictimaiyyət arasında böyük hiddət dalğası doğurduğundan hakimiyyət orqanları ciddi təşviş, təlaş içindədirlər və bir sıra önləyici tədbirlər görməyə qərar veriblər. Bunu nəzərə alan ABŞ, İngiltərə və başqa ölkələrin səfirlikləri Bakıda yaşayan vətəndaşlarına müraciət edərək, onları bu gün ehtiyatlı olmağa çağırıblar.

Şərhlər : 2 Şərh yaz
gümüş 12 yanvar 2013 15:23  
bu milləti nə zamana qədər susdura biləcklər ki hər şeyin sonu gələck ərəb bahar i gün burdad özünü biruzə verəcək hər şeyində bir həddi var
Kamran 13 yanvar 2013 20:27  
Bunlar ele bilirler ki millet hec ne basa dusmur.Esger oldururler sonra da gizletmeye calisirlar.Aksiya elemek isteyende de engel toredirler.Bu haqsizliq nevaxta kimi davam edecek? bax bu maraqlidi.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti