Məsciddə tüfəng atəşi - 2 yaralı

12-01-2013, 14:07
Oxunub: 1289


Türkiyədə cümə namazı qılmağa gedən 2 mömin məsciddə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. Hadisə Ordu vilayəti Ünyə rayonu Taflancıq kəndində meydana gəlib. Məlumata görə, məscidə namaz qılmağa gedən 45 yaşlı kənd sakini Mustafa A. tüfəngini çiynindən çıxararkən qəza ilə atəş açılıb. Nəticədə məsciddə namaz qılan biri 50, digəri 13 yaşında olan 2 insan yaralanıb. Xəsarət alan möminlər xəstəxanaya çatdırılıb, tüfəngin sahibi Mustafa A. isə polis tərəfindən saxlanılıb. Mustafa A. vəhşi qabanlardan qorunmaq üçün tüfənglə gəzdiyini iddia edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti