Etiraz aksiyasına çağırış vərəqləri paylandı- FOTO

12-01-2013, 10:31
Oxunub: 3438


Bakıda "Əsgər ölümlərinə son" aksiyasına çağırış vərəqləri paylandı.

 

Bir qrup gənc "Facebook” tədbir təşkil edərək gəncləri son zamanlar artan əsgər ölümlərinə səssiz qalmamağa çağırıb. Artıq həmin dəvətdə 16 minə yaxın insan aksiyada iştirak edəcəyini bildirib. 

Bundan başqa bir sıra mətbu orqanlar da aksiya barədə xəbər veriblər.


Daxili İşlər Nazirliyindən icazəsiz aksiyanın keçirilməsinə icazə verilməyəcəyi deyilsə də bu aksiya təşkilatçılarını fikrindən döndərməyib. 

Artıq bir sıra xarici səfirliklər Azərbaycanda yaşayan vətəndaşlarını bu aksiyayla bağlı xəbərdar edib.


Gənclər, "Facebook" sosial şəbəkəsi ilə kifayətlənməyərək, bu aksiyadan hər kəsi xəbərdar etmək üçün evlərin qapısına, maşınların üzərinə aksiyaya çağırış vərəqləri yapışdırıblar.


Etatist.com-un məlumatına görə, aksiyaya 5 minə yaxın çağırış vərəqi paylanıb. Çağırışda deyilir: "Yetər!!! Söz millətin artiq!!! Ey qardaşlar, bacılar! 3 ayın əsgəri, ailəsinin əsgəri ceyhun Qubadov xidmət etdiyi hərbi hissədə döyülərək öldürülüb. Atəşkəs dövründə hər həftə bir əsgərimiz öldürülür, intihar edir. Unutmayın! Növbəti döyülüb öldürülən əsgər mən ola bilərəm! Növbəti döyülən əsgər sən ola bilərsən! Növbəti döyülüb öldürülən əsgər sənin oğulun ola bilər. Növbəti döyülüb öldürülən əsgər sənin qardaşın ola bilər! Növbəti döyülüb ölən əsgər sənin sevgilin, nişanlın ola bilər! Yanvarın 12-də saat 16:00-da şəhərin mərkəzində Fəvvarələr meydanında (Tarkovi küçəsində) Ceyhun Qubadovun və başqa əsgərlərimizin ölümünə etiraz edəcəyik! Sən də qalx. Yetər artıq. "Söz Millətindir" de!


Qeyd edək ki, aksiya bu gün saat 16:00-da Fəvvarələr Meydanında olacaq.

 

 

Etiraz aksiyasına çağırış vərəqləri paylandı- FOTO
Etiraz aksiyasına çağırış vərəqləri paylandı- FOTO
Etiraz aksiyasına çağırış vərəqləri paylandı- FOTO
Etiraz aksiyasına çağırış vərəqləri paylandı- FOTO

Fotolar AXCP Gənclər Komitəsinin rəsmi "facebook" səhifəsindən götürülmüşdür


 

Şərhlər : 5 Şərh yaz
Tural 12 yanvar 2013 13:23  
GELIN MESELEYE BIRAZ OBYEKTIV YANASAQ.HER GUN OLKEDE ONLARLA INSANLAR BEDBEXT HADISE NETICESINDE HELAK OLURLAR.YOL QEZALARINDA,HER HANSI DAVA,BICAQLANMA,DOYULME VS S.INDI ORDUDA 1 DENE BELE HADISE OLMAGINI BU REAKSIYA ILE QARSILAMAQ BIRAZ OBYEKTIVLIKDEN,SEMIMILIKDEN KENARDI.ALLAH REHMET ETSIN ESGERE DE.HER HALDA HECH KES BELE ISTEMEZDI,AMMA QISMETDEN QACHMAQ OLMUR.HER YERDE CINAYETKAR VAR, ORDU DA.GUNAHI OLAN SEXSLER CEZASINI ALACAQ.MESELENI IFRAT DERECEDE SISIRTMEK NEYE LAZIM......
Ramil 12 yanvar 2013 15:16  
Tural, üzr istəyirəm, sadecə sənin oğlun və ya qardaşın morqun stolun üstündə olsaydı ilk baxışdan reaksiyan necə olardı, fikirini bilmək istərdim...x.e
Tural 13 yanvar 2013 11:41  
RAMIL BEY,O MESELENIN TAMAM BAWQA TEREFIDI, BU PROBLEMI SIYASILEWDIRIB BU DERECEDE WIWIRTMEYIN KIME XEYRI VAR AXI...ESGERE ALLAH REHMET ETSIN...ORDUNUN VEZIYYETI KIFAYET QEDER YAXWIDIR.YENI OLKEMIZIZN BU GUNKI GUNU UCHUN YETERLI GUCE MALIKDIR.100MINDEN ARTIQ SEXI HEYETI OLAN ORDU UCHUN BELE BIR HADISENI BU DERECEDE WIWIRTMEYE EHTIYAC GORULMUR....BIRDE KI, BU HADISE 5-10 ILDEN BIR OLUR.AMMA HER AXWAM TV-YE BAXIN GORUN ONDAN DA DEHWETLI QETL HADISELERININ SAHIDI OLACAQSINIZ,ONDA GELIN OLNAR UCHUN DE AKSIYA KECHIREK DE....
Asger 1 mart 2013 16:48  
Tural senin agzin deyesen isti yerdedir...kriminalla dovletin ordusunu qarishdirma qaqash...
Kulturoloq 7 mart 2013 19:51  
Tural- Bilmirem kimsiniz ancaq onu biliremki obyektivdeyilsiniz. Olkede cinayetkarliq ne vaxt artir bilirsiniz? Eyer bilmirsinizse arashdirin. Ilk olaraq size istiqamet verim 1-ci. Yahsayish seviyyesi ashagi olanda. Qalanlarini ozun arashdir. Asger niki duz yanashma edib, kriminal durumun orduyla hech bir bagliligi yoxdur.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti