Polis metroda siqaret çəkə bilər? - Foto

30-07-2014, 10:43
Oxunub: 782
Qanun polis üçün deyil?


Bakı polisinin hoqqaları haqda istənilən qədər yazmaq olar. Ən qəribəsi də odur ki, onlar ünvanlarına deyilən ən adi tənqiddən belə inciyir, öz narazılıqlarını bildirirlər. Guya jurnalistlər bir qayda olaraq onları nahaqdan dilə-dişə salırlar.

Əslində isə günah çox vaxt özlərində olur. Elə hərəkət edir,elə səhvlərə yol verirlər ki, onlara etinasız qalmaq sadəcə mümkün olmur. Məsələn, blogger Mehman Hüseynovun virtualaz.org-a təqdim etdiyi bu şəklə baxın. Orada Bakı Metropoliteninin onlarla əməkdaşından biri əks olunub.

Amma o, başqalarından, necə deyərlər, "lotuluğu" ilə fərqlənir. Sanki qanun və ictimai qayda onun üçün heç nədir. O yalnız ona nəzarət edir ki, həmin qayda və qanunlara başqaları əməl etsinlər. Yəni, məsələn, metroda siqaret çəkmək olmaz. O da ona nəzarət edir ki, kimsə orada siqaret çəkməsin. Amma özü çəkir. Və bunu nümayişkaranə şəkildə, "Siqaret çəkmək qadağandır!” xəbərdarlığı yazılmış lövhənin düz altında edir. Selə bil sübut etmək, göstərmək istəyir ki, o hamıdan üstündür və ona hər şey, o cümlədən metroda siqaret çəkmək olar.

Doğrudanmı olar?

Güman edirik ki, bu suala müvafiq orqanın rəhbərliyi özü cavab verəcək...
Polis metroda siqaret çəkə bilər? - Foto
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti