Fazil Mustafaya cavab gəldi - Yenilənib

25-07-2014, 17:03
Oxunub: 3754


Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev millət vəkili Fazil Mustafaya cavab verib.

Aznnews.az-ın məlumatına görə, Şeyxin müavini deputatın "Dünyanın hər yerində bayram namazı 28 iyuldadır.

Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub” fikrini belə cavablandırıb: "Mənim nə siyasətlə, nə də siyasətçilərlə işim yoxdur. Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük. Bizim digər məsələlərə müdaxilə etmək fikrimiz yoxdur”.

*   *   *13:50

"Dünyanın hər yerində Ramazan bayramı namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyula təyin olunub”.

Virtualaz.org saytı xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramında qılınacaq bayram namazı ilə bağlı verdiyi fitvaya münasibət bildirərkən deputat Fazil Mustafa qeyd edib.

F.Mustafa öz facebook səhifəsində yazıb: "Deyəsən, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fitvası QUM saatına baxılaraq yazılıb, Şamaxı rəsədxanasının teleskoplarının da gözünü QUM tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə, gedib öz namazını İran ayətullahlarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır”.

Xatırladaq ki, QMİ bu il Ramazan ayında bayram namazının iyulun 29-da qılınacağı ilə bağlı fitva verib. İran istisna olmaqla digər müsəlman ölkələrində bayram namazı iyulun 28-i qılınacaq.
Şərhlər : 9 Şərh yaz
ASLAN 25 iyul 2014 17:15  
Fazil muellim ozunuzu yormayin. bunlar 500 ildir duzelmeyibse inden bele duzelmezler. biz terefde bele misal var "Malxara messeb qoruyur". İndi bizimkiler o tayli bu tayli Farsa messeb qoruyuruq.
VAHID 25 iyul 2014 18:15  
MENI HEMISHE BIR SUAL NARAHAT EDIR. 500 ILDIR TOKULEN AZERBAYCANLI QANI BU MOLLALARA NIYE TESIR ETMIR?
Elnur 25 iyul 2014 19:34  
Fazil Fethullahdan pul alib yene
Hesen Eliyev 25 iyul 2014 19:36  
Sah Ismayili quldur adlandiranin milletin vekili olmaqa haqqi yoxdur
haci 25 iyul 2014 19:41  
Bunlar hamısı məşədi İbad filmini xatırladır.Hərəsi bir dildə danışırlar.Fazil bəydə türkcənin Pensilvaniya ləhcəsində danışır.A nağayracuğa.Birinizdə Azərbaycanca danışında heç olmasa çörəyini yeyir ,suyunu içirsiz.
hakim 25 iyul 2014 19:54  
fazil agzina ne gelir yazir ozu dinin deyishib olub nurci fetulla gulenci sende onda ay fazil get fetulla gulenin dalinda namaz qil bele cox bilirsen sen oruc tutmaga deyesen teze bashlamisan,ayib oldugun kimi ol gorunduyun ki yox sen oxshadigin kimi olursan buda sene xeyir vermez
ramiz 25 iyul 2014 23:55  
fazil mustafa duz deyir. dini rehper dinnen meshxul olmalidir ve yaltaq olmali deyil.bayram ayin 28-dir.
Bəxtiyar 26 iyul 2014 00:16  
Fazil get sən cammatin qeydinə qal
sənə nə namaz 28 qilindi ya 29. hər seyimiz duzəlib bir namazin vaxti məsələsi qalib. Yaxsisi budur deputatai olduqun məntəqənin insanlarinin yasayisi ilə maraqlansan pis olmaz
gunduz 26 iyul 2014 02:45  
Aslan bey, teki siz Fazil beyle duzgun olun,qalanlari bir teher keciner.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti