Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

25-07-2014, 12:07
Oxunub: 1465
Yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir


Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Azvision.az xəbər verir ki, bu, bayram günlərində sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

Yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq.

Avtovağzalda qiymət intizamına nəzarət komissiyası da yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti