12 yanvar aksiyasına dəstək

11-01-2013, 22:13
Oxunub: 1441


Bir qrup gənc "Facebook” tədbir təşkil edərək gəncləri bu hadisələrə səssiz qalmamağa çağırıb. Bu məsələdə gənclərə dəstək verəcəklərini bildirən Ruslan İzzətli yanvar ayının 12-də partiya gəncləri olaraq onların da aksiyaya dəstək verəcəklərini bildirib.


Etatist.com-a açıqlamasında Ümid partiyasının gənclər üzrə müavini Ruslan İzzətli, partiya gəncləri olaraq aksiyaya dəstək verəcəklərini bildirdi: "Düzdü mitinqi kimlərin təşkil etdiyini bilmirik. Amma, buna baxmayaraq əsgər ölümlərinə "dur" deyərək bizim təşkilat da bu məsələdə daha aktiv olmağa çalışır."

"Əsgərin ölməsi dövlətçilik məsələsidir. İstərdik ki, bu aksiyalar daha proqramlı şəkildə və davamiyyətli olsun, heç bir siyasi partiya maraqları olmasın. Burda yalnız dövlət və dövlətçilik maraqları olmalıdır. Siyasi kimliyimizdən asılı olmayaraq hamımız bir araya gəlməliyik." R. İzzətli belə deyib.

Ümid partiyasının sədr müavini məsələni həlli tapılana qədər gündəmdə saxlayacaqlarını bildirdi: "Bu məsələ tam həllini tapana qədər biz bu məsələni gündəmdə saxlayacayıq. Generalın cəzalandırılması, hansısa zabitin rütbəsinin aşağı salınması əsgər ölümünün qarşısını ala bilməz. Buna görə də Azərbaycan gəncliyi bir arada olmalıdır, bu məsələyə daha ciddi yanaşılmalıdır."

 

R.İzzətli, "Azərbaycan ordusu son 10 ildə 700-ə yaxın əsgər itirib, 4000-dən çox yaralısı var. Bu çox ciddi rəqəmdir. Sabah biz saat 16:00-da Fəvvarələr meydanında bu məsələyə öz etirazımızı bildirəcəyik. Çalışacayıq ki, aksiyada hər hansı provakasiya, təhqiredici şüarlar səsləndirilməsin. Mitinq nə dərəcə də təsirli olacaq, problemin qarşısı alınacaqmı? Bu bizim davamlı, daha təmkinli və ağıllı addımlarımızdan asılıdır. Biz bu mitinqdən siyasi maraqlarımızı ortaya qoymaq üçün istifadə etməməliyik." deyə qeyd edib.

 

Qeyd edək ki, son zamanlar artan əsgər ölümlərinə etiraz etmək üçün gənclər yanvar ayının 12-də saat 16:00-da Fəvvarələr meydanında sivil aksiya təşkil ediblər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti