Əbülfəs Qarayev köməkçisinə daha yüksək vəzifə verdi

25-07-2014, 11:27
Oxunub: 784
Nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan Respublikası Prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə Bayramov Rafiq Yasin oğlu nazirliyin Aparat rəhbəri təyin edilib. 

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki Rafiq Yasin oğlu Bayramov 1972-ci ildə anadan olub. 

Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub.

1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001- ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında ictimai - siyasi şöbədə məsul vəzifələrdə işləyib. 

2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan Respublikası Prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti