Uorlikin ATƏT-ə Qarabağ mesajı

24-07-2014, 11:27
Oxunub: 890


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik sözügedən təşkilatın nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib: "Mən ATƏT-in nümayəndələrinə xatırlatdım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hətta çoxsaylı qlobal problemlərlə yanaşı prioritet olmalıdır".
Qeyd edək ki, C. Uorlik dünən Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığı barədə məlumat vermişdi.

ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti