Rövnəq Abdullayevdən 1 ton qızıl

11-01-2013, 18:12
Oxunub: 4292


Etatistşcom-un Lent.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni investisiya siyasətinə uyğun aldığı qızılının ilk 1 tonu ölkəmizə gətirilib. Bu barədə Lent.az-a fonddan məlumat verilib. 2012-ci ildə uğurlu sosial-iqtisadi inkişafını davam etdirən Azərbaycan 2013-cü ilə də yeni nailiyyətlərlə başlayıb.

Ötən ilin fevralından etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlanılıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılıb.

2012-ci il 31 dekabr tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil edir. Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilib.

Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulub. Bu gün Neft Fondu tərəfindən alınmış LQMBİA standartlarına uyğun təxminən 1 ton qızıl (32150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilib və Azərbaycan Respublikası Mərkəzi Bankında müvəqqəti olaraq saxlanılacaq.

Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinə inşa edilməsi nəzərdə tutulmuşdur. ARDNF-nin yeni binası istifadəyə verildikdən sonra alınmış qızılın həmin xəzinədə saxlanılması planlaşdırılır.

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti