ABŞ sabahkı aksiya ilə bağlı xəbərdarlıq etdi

11-01-2013, 15:52
Oxunub: 2506


ABŞ-ın Azərbaycandakı səfirliyi sabaha təyin olunmuş aksiyalarla bağlı öz vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın ABŞ səfirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, diplomatik missiya ABŞ vətəndaşlarını aksiya keçirilən ərazilərdə ehtiyatlı olmağa çağırıb: "Bu hətta dinc aksiya olsa belə, qarşıdurmaya çevrilə bilər. Siz aksiya keçirilən ərazilərə getməməli, insanların kütləvi toplaşdığı yerlərdə təhlükəsizliyə riayət etməlisiniz. Sayıq olun!”

Səfirlik ABŞ vətəndaşlarına diplomatik missiyanın saytını və yerləşdiriləcək xəbərləri daim izləməyi tövsiyə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə əsgər Ceyhun Qubadovun ölümünə etiraz edən bir qrup gəncin sabah saat 16.00-da Fəvvarələr Meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti