Öldürülən əsgəri “yaran” ekspert gizlədilir

11-01-2013, 15:42
Oxunub: 5206

"Səbəb hər kəsə aydındır. Cəmiyyət gerçək cavabı bilir. İstintaq orqanları isə özlərini bilməməzliyə vururlar." 

Bu sözləri Etatist.com-a açıqlama verən Azad İsazadə bildirib. "Əsgər hərbi xidmətə getməzdən öncə, prosedurlar gərəyincə tibbi müayinədən keçirilməli, səhhətində hər hansı bir problem olduqda isə bununla bağlı tədbirlər görülməlidir." A. İsazadə belə deyib.

Həmçinin buna görə hərbi komissiyanın məsuliyyət daşıdığını bildirdi: "Əsgər hərbi xidmətə getməmişdən əvvəl tibbi müayinədən keçir. Əgər yoxlanış zamanı onun ürəyi ilə bağlı problem aşkar olunarsa və buna baxmayaraq hərbi xidmətə göndərilirsə bunun məsuliyyətini hərbi komissiya daşıyır. İkincisi, əgər əsgər tibbi müayinədən sağlam keçib, hərbi xidmətə sağlam gədibsə və hərbi xidmətdə 2-3 ay ərzində onun ürəyi ilə bağlı problem yaranıbsa, demək ki, o problemi yaradan amil var. Ona cavabdeh həkimlər onu müayinə etməli idilər, bununla məşğul olmalı idilər. Cavabdeh o adamdır ki, şəraiti elə yaradıb ki, 2-3 ay ərzində bir insanın sağlam ürəyi xəstə olub. Deməli məsuliyyəti ya müayinə keçirən adam daşımalıdır, ya da bunu bu vəziyyətə salan adam. Üçüncüsü, əgər yoxlanıldığı təqdirdə aşkar olunsa ki, nə birincinin nə də ikincinin günahı yoxdur demək birmənalı olaraq ekspert yalan danışıb. İstər istəməz bu üçündən biri cavabdeh olmalıdır və buna görə cavab verməlidir. Bunlar hər şeyi biri-birilərinin üstünə atırlar ona görə də cavabdeh yoxdur."

A.İsazadə səbəbi hər kəsin bildiyini və istintaq orqanlarının özlərini bilməməzliyə vurduqlarını qeyd etdi: "20 yaşında gəncin ürəyində problem olubsa o niyə hərbi xidmətə aparılıb? Problemi yoxdursa niyə əsgərlikdə problem yaranıb? Bu iki sualdan birinə cavab verilməlidir. Bu cavabı vermək istəmirlər, çünki səbəb hər kəsə aydındır. Cəmiyyət gerçək cavabı bilir. İstintaq orqanları isə özlərini bilməməzliyə vururlar."

Qeyd edək ki, biz Ceyhun Qubatovun ürək xəstəliyindən öldüyünü deyən ekspertin kimliyini öryənmək üçün Müdafiyə Nazirliyinin "operativ" şöbələri ilə əlaqə saxlasaq da bir məlumat əldə edə bilmədik. 538-61-31, 538-61-74, 539-23-76 nömrələri ilə əlaqə saxlayaraq ekspertin adını soruşduq, verilən cavab isə belə oldu: "Biz bu işlərə baxmırıq nazirliyin çox şöbələri var. Siz bununla bağlı 539-29-15 nömrəsinə zəng vurun". Biz bu nömrə ilə də əlaqə saxladıq amma onlar bizim səhv yerə zəng vurduğumuzu bu məsələ ilə bağlı onların heçnə deyə bilməyəcəyini, yəni bu işə baxmadıqlarını bildirdilər. Amma ən maraqlısı budur ki, biz mətbuat xidmətinin nömrəsini soruşanda verilən cavab belə oldu: "Mən bilmirəm. Bütün telekanallarda var o nömrə, onlar bizdən yaxşı bilirlər. Zəng vurun onlardan soruşun."

Onu da qeyd edək ki, bizdə həmin nömrələri bilirik. Sadəcə bildiyimiz nömrələrə cavab verən yoxdur. Müdafiə Nazirliyinin, mətbuatla danışıq tərzindən aydın olur insanlarla davranış qaydaları. Müdafiə Nazirliyinin "operativ” cavab vermək, məsələləri aydınlatmaq, diqqət tərzindən hər şey hamıya çox gözəl aydın olur.
Şərhlər : 1 Şərh yaz
şahin 11 yanvar 2013 22:00  
Şəraitdən, zamandan sosial-siyasi durumdan, yaşından asılı olmayaraq, insan ölümü həmişə faciədir. İnsan öz əcəli ilə öləndə belə, o da faciə sayılır. Biz isə laqeydlik, qayğısızlıq, hərbi məmurların özbaşınalığı, həm ölkənin mülki, həm də hərbi qayda- qanunların saymazlığı ucbatından bir əsgərimizi itirdik. O əsgər öldürülməsəydi, bəlkə o da sabahın Mübarizi, Ramili olacaqdı. Neçə-neçə düşmənin yurdumuza hücumunun qarşısını alcaqdı........
Rus ordusunda “DEDOVŞİNA” adlanan bu xərçəng xəstəliyini Azərbaycan ordusunun canına kim və nə üçün gətirib salıb? Bu xəstəliyin Azərbaycan ordusunda yayılmasına kim şərait yaradıb? Bu xəstəliyin kəsib atmağın zamanı gəlib çatmayıbmı? Bəlkə Azərbaycan ordusunu içəridən parçalamaq istəyən qüvvələrin təxribatıdır? Suallar çox,......, cavablar isə yox.........
Amma bir şey qəti olaraq aydındır ki, bu və bunabənzər hadisələr (təxribatlar) son illərdə Azərbaycanın prezidenti cənab İlham Əliyevin Azərbaycanın gələcəyi üçün apardığı məqsədyönlü siyasətin nəticəsində ölkəmizin iqtisadi yüksəlişini gözügötürməyən, Azərbaycanın beynəlxalq aləmdəki uğurlarını həzm edə bilməyən qüvvələrin işidir. Bu qüvvələr öz çirkin əməlləri ilə düşmən dəyirmanına su tökməklə yanaşı Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirirlər.

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti