3 min yaşlı türbə

11-01-2013, 10:48
Oxunub: 1155


İtaliyalı arxeoloqlar Misirdə, Nil çayının şərq sahilində, Luksor şəhərində 3 min ildən artıq yaşı olan türbə aşkarlayıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Misirin qədim irs məsələləri üzrə qurumu bildirib ki, türbə firon II Amenxotepin məbədinin yaxınlığında tapılıb. O, Misiri e.ə. 1427-1401-ci illərdə idarə edib.

Tapıntıdan Xora allahının təsviri, insan sümükləri aşkarlanıb. Professor Vəfaa əl-Saddik bildirib ki, qədim Misirdə məbəddən yalnız dua etmək üçün yer deyil, həm də qəbristanlıq kimi istifadə edildiyini arxeoloqlar sübuta yetiriblər.

O, deyib ki, tapılan amorf türbədə varlıların dəfn olunduğundan xəbər verir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti