Aksiyada nələr olacaq?

11-01-2013, 10:13
Oxunub: 4979


Azərbaycan ordusunun döyülərək öldürülən əsgəri və digər əsgər ölümləri üçün etiraz aksiyası keçiriləcək.


Bir qrup gənc "Facebook” tədbir təşkil edərək gəncləri bu hadisələrə səssiz qalmamağa çağırıb: "Atəşkəs şəraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümləri barəsində xəbərlər eşidirik! Ölümlərə səbəb olanlar cəzalandırılmır. Əgər biz bu haqsızlığa DUR! deməsək, heç kim deməyəcək! Etirazımızı bildirək! Fəvvarələr meydanındakı etiraz aksiyasına vicdanı, mənliyi olan hər bir azərbaycanlını dəvət edirik! 

Etirazımızı sivil şəkildə edəcəyik və unutmayın ki, bu siyasi aksiya deyil!"


Aksiyanın təşkilatçılarından olan Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə Etatist.coma-a açıqlamasında aksiyanın təşkilində heç bir siyasi məqsəd güdmədiklərini, yalnız vətəndaş mövqeyi göstərdiklərini bildirdi.

"Aksiyaya gələn insanlar bir birini tanımaq üçün qollarına lent bağlaya bilər, gül, bayraq və s gətirə bilər."

S.Mehdizadə aksiyanın icazəsiz olduğunu qeyd etdi.

"Biz tələblər irəli sürmüşük və iki həftə vaxt qoymuşuq. Əgər iki həftə ərzində tələblərimiz yerinə yetirilməzsə biz yenidən aksiya keçirəcəyik." aksiya təşkilatçısı belə deyib.

 

S.Mehdizadə bu aksiyaya görə ona heç bir basqının olmadığını amma digər təşkilatçı İlkin Rüstəmzadənin evinə polis getdiyini bildirdi: "Aksiyaya görə mənim özümə qarşı heç bir hədə olmayıb, amma, digər təşkilatçı İlkin Rüstəmzadənin "facebook"da yazdığı statusa görə evinə polis gedib".

 

Qeyd edək ki, aksiya 12 yanvar saat 16:00-a planlaşdırılıb və siyasi aksiya deyil. "Facebook"da təşkil olunan dəvətdə 12400-dən artıq adam aksiyada iştikak edəcəyini qeyd edib.

Aksiyada nələr olacaq?


Şərhlər : 5 Şərh yaz
Qasim Islamzadə 11 yanvar 2013 19:05  
sabah sənin qardaşinin oğlunun aqibəti belə ola bilər.Hamiliqla vətəndaş mövqeyi ortaya qoymasaq problemlər artacaq.Biganə olmayaq əsgər ölümlərinə.Hər əsgər bir ailənin övladidir.Əsgər ölümlərinə Son deyək
Cherie 11 yanvar 2013 19:17  
Keşke bu mitinqe men de qatıla bilseydim. Üreyim partlayır. Allah onun anasına sebr versin.
Rocstar 11 yanvar 2013 22:45  
men de qosulacam mitinqe
MAHMUD46 11 yanvar 2013 23:53  
MENIM FIKIRMCE BIZIM CAVANLARIMIZA DAHA COXU EHTIYACIMIZ VAR ONLARI BU DOVLETI QURUB YARATMALIDIR AQISLAYIRAM
adsiz 12 yanvar 2013 03:36  
MENLIYI VICDANI OLAN KES BU AKSIYADA ISHTIRAK ETSIN
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti