İsrail yenidən hərbi əməliyyatlara başladı

15-07-2014, 18:31
Oxunub: 520


İsrail ordusu Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

ANS PRESS-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu gün tərəflər arasında atəşkəs imzalandığı bildirilsə də, İsrail ordusu Qəzzaya hava və raket zərbələri endirməyə davam edir.

Son məlumatlara görə, HƏMAS İsrailin Aşdod kəndinə 8 "Qrad" tipli raket atıb. Bundan sonra İsrail ordusu hərəkətə keçib. Tərəflərin itkiləri barədə hər hansı bir məlumat yoxdur.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti