Bir gecəyə beş yanğın

11-01-2013, 09:49
Oxunub: 1179


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan ikimərtəbəli yeddiotaqlı evin 2-ci mərtəbəsinin 1 otağında bacanın ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

11 yanvar 2013-cü il saat 09:00-dək, ilkin məlumata əsasən:

- Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 700 kv.m olan ikimərtəbəli (mərtəbələr arası örtük, arakəsmə divarlar və dam örtüyü taxta konstruksiyalardan ibarət) yaşayış binasında vətəndaşa məxsus dördotaqlı mənzilin yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

- Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 40 kv.m olan ikimərtəbəli üçotaqlı evin 1-ci mərtəbəsində otaqda bir ədəd divan yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

- Qax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının tüstü bacasının ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

- Nefçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan kürsülü birmərtəbəli dördotaqlı evin mətbəxinin qamışdan ibarət tavanı 9 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti