Azərbaycanda qaz kəmərində partlayış olub

11-01-2013, 09:43
Oxunub: 751


Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində cox güclü partlayış baş verib.
Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, partlayış bu gün səhər 07:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub.

 

Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaradıb. Bunun üçün də alovun qarşısının alınmasında çətinlik yaranıb. Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib. Hazırda yanğın davam edir. Borudakı qazın yanaraq sönməsi və sonra kəmərdə təmir-bərpa işlərinə başlanılması gözlənilir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti