Çexiyada ilk birbaşa prezident seçkiləri

11-01-2013, 09:36
Oxunub: 734


Çexiyada ilk birbaşa prezident seçkiləri yanvarın 11-12-də keçiriləcək.
Daha öncə Çexiyada dövlət başçıları parlament tərəfindən seçiliblər. Vatslav Havel (1993-2003) və hazırkı prezident Vatslav Klaus (2003-cü ildən) bu yolla seçiliblər.

 

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, 2013-cü ilin martın Klausun ikinci prezidentlik müddəti başa çatır və Konstitusiyaya görə o bir daha prezident seçilə bilməz. Seçkilərdə 9 namizəd mübarizə aparacaq. "PPP Factum" araşdırma mərkəzinin sorğusunun nəticələrinə görə, ilk turda ölkənin keçiş baş naziri Miloş Zemanın qalib gəlmək şansları daha yüksəkdir (25,1%), Digər keçmiş baş nazir Yan Fişerə seçicilərin 20,1% səs verməyə hazırdırlar.


Sonrakı yerləri digər namizədlər tuturlar: Vladimir Frans (11,4%), Karel Şvarsenberq (11,0%), Yirji Dinstbir (10,6%), Pşemısl Sobotka (7,1%), Yana Boboşikova (5,6%), Tanya Fişerova və Zuzana Roytova hərəyə 4,6%. Əgər prezident ilk turda seçilməzsə, ikinci tur yanvarın 25-26-da keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti