İsrail paytaxtına raket atıldı

11-07-2014, 16:25
Oxunub: 1758
“Hava limanı ilk dəfə hədəf seçildi və 4 M75 tipli raketlə vuruldu”


"Həmas” İsrailin paytaxtı Tel-Əvivdə yerləşən hava limanını partladıb.

ANS PRESS-in məlumatına görə, bunu "Həmas”ın üzvü İzzəddin əl-Kassam söyləyib.

O, iddia edib ki, İsrail paytaxtındakı "Ben Gurion” hava limanı M75 tipli rakaketlərlə vurulub: "Hava limanı ilk dəfə hədəf seçildi və 4 M75 tipli raketlə vuruldu”.

İsrail ordusunun mətbuat katibliyindən isə bu iddialara cavab veriblər. Ordudan bildirilib ki, Qəzzadan Tel-Əvivə atılan 3 raket tez bir zamanda zərərsizləşdirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti