İŞİD İraq ordusuna məxsus hərbi bazanı ələ keçirib

11-07-2014, 12:32
Oxunub: 1443


"İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraq ordusuna məxsus hərbi bazanı ələ keçirib.

AzVision.az-ın verdiyi xəbərə görə, hərbi baza paytaxt Bağdaddan 80 kilometr şimal-şərqdə yerləşir. 

Silahlı yaraqlılar Diyalə vilayətinin Müqdədiyyə şəhərində yerləşən hərbi bazaya daxil olublar. Buna qədər isə şəhərin şimal hissəsi yaraqlıların əlinə keçib. Təhlükəsizlik qüvvələrinin bəyan ediblər ki, yaraqlılar arasında digər ölkələrdən olan xeyli sayda ərəb var və onlar döyüşlərdə tanklardan da istifadə edirlər. Yerli KİV-in məlumatına görə, yerli qəbilə rəhbərləri İŞİD-la sülh danışıqları aparırlar. 

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti